"Qarabağ" üçün uğurlu tarix
Çempionlar Liqasının II təsnifat mərhələsindəki təmsilçimiz “Qarabağ”ın ilk oyununu keçirəcəyi tarix meydan sahibləri üçün uğurlu gündü.
Olimpsport.az saytının məlumatına görə, Lüksemburq çempionu “Düdelanj”la sabah baş tutacaq qarşılaşma klublarımızın iyulun 12-dəki 6-cı görüşüdü.
Əvvəlki 5 matçın hamısında meydan sahibləri qələbə qazanıb. “Neftçi” 2, “İnter” 1 dəfə bu tarixdə azarkeşlərini sevindirib. Hər üç matçda da quru hesablı qələbə qeydə alınıb.
Belə ki, iyulun 12-də öz meydanında oynayan təmsilçilərimiz qol buraxmadan qalib gəlir. Səfərdə oynayan “Şəmkir”lə “Bakı” isə bu tarixdə uduzub. Qərblilər iyulun 12-də qonaqların vurduğu yeganə qolun müəllifidi.
Azərbaycan klubları iyulun 12-də
12 iyul 2000. “Skonto” (Latviya) – “Şəmkir” - 2:1
12 iyul 2005. “Neftçi” – “Hafnarfyordur” (İslandiya) - 2:0
12 iyul 2008. “Neftçi” - “Jerminal” (Belçika) - 1:0
12 iyul 2012. “Mura” (Sloveniya) – “Bakı” - 2:0
12 iyul 2012. “İnter” – “Trans” (Estoniya) - 2:0
mənbə apasport.az