"Bavariya" yeni baş məşqçisini təqdim etdi

Karlo Ançelottinin “Bavariya” klubunun yeni baş məşqçi postuna keçməsi rəsmiləşib.

Olimpsport.az-ın məlumatına görə, italiyalı çalışdırıcı bu gün yeni işinə icrasına başlayıb.

 

Məlumatı Münhen təmsilçisinin saytı da təsdiqləyib. 57 yaşlı çalışdırıcı "Bavariya"nın baş məşqçisi kimi ilk mətbuat konfransını da artıq keçirib. 

 

Qeyd edək ki, karyerası ərzində “Parma”, “Yuventus”, “Milan”, “Çelsi”, PSJ, və “Real” klublarını çalışdırmış Ançelotti “Bavariya”nın baş məşqçisi postunda Xosep Qvardiolanı əvəzləyib.