Bu gün Azərbaycan futbolunun tanınmış simalarından olan Orxan Sadıqlı evlənir.
“Keşlə” klubunun qapıçısının toy mərasimi paytaxt restoranlarından birində keçirilir.
Toyda onun yaxınları ilə yanaşı, futbolçu dostları da iştirak edir.
Onu da əlavə edək ki, 24 yaşlı qolkiper toyu gəlinsiz edir. Mərasimdə qadınlar iştirak etmir.
Qeyd edək ki, Orxan Sadıqlı bir müddət öncə maraqlı açıqlama ilə gündəmə gəlmişdi. O, klubu “Keşlə”dən maaşlarını vaxtında ala bilmədiyi üçün toyunu təxirə saldığını demişdi. Qapıçı bildirmişdi ki, toyunu etmək üçün başqa iş axtarır.
(primetime.az)