Üç gündə 50 oyun

Sabah avrokuboklarda II təsnifat mərhələsinə start veriləcək.

Olimpsport.az xəbər verir ki II təsnifat mərhələsində 50 qarşılaşma baş tutacaq. Bunlardan 17-si Çempionlar Liqasının qarşılaşmalarıdı. Qitənin ən nüfuzlu klub turnirinin 10 matçı sabah, 7-si isə ertəsi gün baş tutacaq.Mərhələyə Bosniya və Herseqovinada start veriləcək. Azərbaycan çempionu “Qarabağ” da iyulun 12-də meydana çıxacaq.

Avropa Liqasındakı 33 oyunun hamısı eyni gündə keçiriləcək. İyulun 14-dəki matçlardan üçü Azərbaycan təmsilçilərinin iştirakı ilə olacaq. “Neftçi” evdə, “Qəbələ” və “Kəpəz” səfərdə sınağa çıxacaq. Üç gün davam edəcək ilk oyunlar İslandiyada başa çatacaq.

Çempionlar Liqası

İlk oyunlar

II təsnifat mərhələsi

12 iyul

20:30. “Zrinski” (Bosniya və Herseqovina) - “Legiya” (Polşa)

21:00. “Dinamo” (Tiflis, Gürcüstan) – “Alaşkert” (Ermənistan)

21:00. “Qarabağ” (Azərbaycan) - “Düdelanj” (Lüksemburq)

21:50. “Hapoel” (Beyer-Şeva, İsrail) - “Şerif” (Moldova)

22:00. “Linkoln” (Cəbəllütariq) - “Seltik” (Şotlandiya)

22:00. BATE (Belarus) - SJK (Finlandiya)

22:00. TNS (Uels) - APOEL (Kipr)

22:00. “Valletta” (Malta) - “Srvena Zvezda” (Serbiya)

22:30. “Zalsburq” (Avstriya) - “Liepaya” (Latviya)

22:45. “Vardar” (Makedoniya) - “Dinamo” (Zaqreb, Xorvatiya)

13 iyul

21:15. “Jalgiris” (Litva) - “Astana” (Qazaxıstan)

21:15. “Rusenborq” (Norveç) - “Norçepinq” (İsveç)

21:30. “Ludoqorets” (Bolqarıstan) - “Mladost” (Monteneqro)

22:00. “Partizani” (Albaniya) - “Ferensvaroş” (Macarıstan)

22:00. “Kruzaders” (Şimali İrlandiya) - “Kopenhagen” (Danimarka)

22:30. “Olimpiya” (Sloveniya) - “Trençin” (Slovakiya)

22:45. “Dandalk” (İrlanaiya) - “Hafnarfyorfur” (İslandiya)


Avropa Liqası

II təsnifat mərhələsi

14 iyul

17:00. “Şirak” (Ermənistan) - “Spartak” T (Slovakiya)

18:45. “Kayrat” (Qazaxıstan) - “Makkabi” Təl-Əviv (İsrail)

19:30. “Dinamo” (Belarus) - “Sent Patriks” (İrlandiya)

20:00. “Levadiya” (Estoniya) - “Slaviya” (Çexiya)

20:00. “Neftçi” (Azərbaycan) - “Şkendiya” (Makedoniya)

20:00. “Rovaniemi” (Finlandiya) - “Lokomotiv” (Xorvatiya)

20:30. “Debretsen” (Macarıstan) - “Torpedo” (Belarus)

20:30. “Midtyulland” (Danimarka) - “Vaduts” (Lixtenşteyn)

21:00. “Admira” (Avstriya) - “Kəpəz” (Azərbaycan)

21:00. “Beytar” (İsrail) cütünün qalibi - “Omoniya” (Kipr)

21:00. “Haken” (Norveç) - “Kork Siti” (İrlandiya)

21:00. “Makkabi” H (İsrail) - “Nomme Kalyu” (Estoniya)

21:00. “Sonderyuske” (Danimarka) - “Stromsqodset” (Norveç)

21:00. “Zimbru” (Moldova) - “Osmanlıspor” (Türkiyə)

21:00. AİK (İsveç) - “Europa” (Cəbəllütariq)

21:30. “Beroe” (Bolqarıstan) - HİK (Finlandiya)

21:30. “Şaxtyor” (Belarus) - “Domjale” (Sloveniya)

22:00. “Genk” (Belçika) – “Buduçnost” (Monteneqro)

22:00. “İaşi” (Rumıniya) – “Hayduk” (Xorvatiya)

22:00. “Maribor” (Sloveniya) – “Levski” (Bolqarıstan)

22:00. “Voyvodina” (Serbiya) - “Konna Kvey” (Uels)

22:00. “Yannina” (Yunanıstan) - “Odd” (Noeveç)

22:15. “Partizan” (Serbiya) - “Zaqlebiye” (Polşa)

22:15. “Slovan” (Slovakiya) - “Yelqava” (Latviya)

22:30. “Birkirkara” (Malta) - “Harts” (Şotlandiya)

22:30. “Videoton” (Macarıstan) - “Çukariçki” (Serbiya)

22:30. MTK (Macarıstan) - “Qəbələ” (Azərbaycan)

22:45. “Aberdin” (Şotlandiya) - “Ventspils” (Latviya)

22:45. “Hibernian” (Şotlandiya) - “Brondbü” (Danimarka)

22:45. “Kliftonvill” (Şimali İrlandiya) - AEK (Kipr)

22:45. “Pyast” (Polşa) – “Höteborq” (İsveç)

23:05. “Austriya” V (Avstriya) - “Kukesi” (Albaniya)

23:15. “Reykyavik” (İslandiya) - “Qrasshoppers” (İsveçrə)