Mariya Şarapova olimpiadadan kənarda qaldı

İdman Arbitraj Məhkəməsi (CAS) rusiyalı tennisçi Mariya Şarapovanın 2 illik diskvalifikasiyadan verdiyi  apellyasiya işi  üzrə qərarı təxirə salıb. 

Olimpsport.az xəbər verir ki, tərəflərə dinləmələrə hazırlıq üçün əlavə vaxt lazım gəlib. Şarapova ilə bağlı qərar sentyabrın 19-da çıxarılacaq. Bu isə rusiyalı tennisçinin bu  ilin  avqustun 5-21-də  Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarını buraxması ilə nəticələnəcək.

Qeyd edək ki, Mariya Şarapova orqanizmindən meldonium preparatı aşkarlandığı üçün cəzalandırılıb.