Araz Abdullayevin forması Kiprdə hərraca çıxarıldı
Kiprin “Anortosis” klubu xeyriyyə aksiyasına qoşulub. XIII turda Limassol AEL-i ilə oyunda qol vuraraq matçın ən yaxşısı seçilmiş Araz Abdullayevin idman geyimi hərraca çıxarılıb.
Hərracda həmyerlimizin “Nike” istehsalı olan imzalı, “Large” ölçüsündə olan futbol geyimi satılır. Onun ilkin qiyməti 100 avrodan başlayır. Hərracın vaxtı 12 dekabrda, Kipr vaxtı ilə saat 22:00-da başa çatacaq.
Qeyd edək ki, burda azərbaycanlı azarkeşlər də iştirak edə bilərlər. Sadəcə olaraq çatdırılma xidməti kimi 20 avro tələb olunacaq.