Arda Turan və başqaları
AÇ-2016-nın 5 ən böyük fiaskosu açıqlanıb. Olimpsport.az saytı xəbər verir ki, siyahını Fransanın məşhur AFP nəşri müəyyənləşdirib.
3 futbolçu və 2 komandanın yer aldığı siyahıya “Barselona”nın və Türkiyə yığmasının yarımmüdafiəçisi Arda Turan da düşüb. AFP 29 yaşlı futbolçunun turnirdə ümidləri doğrultmadığını bildirib: “Ölkəsində ikona kimi qəbul edilən Ardaya azarkeşlər böyük ümidlər bəsləyirdi. Ancaq klub səviyyəsində çətin mövsüm keçirən Turan AÇ-2016-da çox çalışsa da, effektli ola bilmədi. İspaniyaya 0:3 hesabı ilə uduzduqları oyunda isə türk fanatlar onu fitə basdılar”.
“5-lik”də Arda Turanla yanaşı, Zlatan İbrahimoviç və Tomas Müller kimi futbolçular, həmçinin İspaniya və İngiltərə yığmaları yer alıblar.
Qeyd edək ki, İbrahimoviç və Müller çempionatda qol vura bilmədikləri halda, İspaniya və İngiltərə yığmaları mübarizəni 1/8 finalda dayandırıb.