"İnter"in ikinci rəqibi müəyyənləşdi

Ankaranın Qızılcahamam rayonunda yerləşən “Cam” hotelində məşkunlaşmış Bakının “İnter” klubunun hazırlıq matçı keçirəcəyi ikinci rəqibi də bəlli olub.
Olimpsport.az xəbər verir ki, “bankirlər” PTT 1-ci liqa təmsilçisi “Elazığspor”la qarşılaşacaqlar.
 
Bu barədə Türkiyə təmsilçisinin rəsmi saytı xəbər yayıb.
 
Qeyd edək ki, Zaur Svanadzenin komandası Türkiyədəki ilk sınaq matçını iyulun 14-də “Kasımpaşa”ya qarşı keçirəcək.