AZALın qapıçısı Yunanıstan Superliqasında
AZAL-ın qapıçısı Stansilav Namaşko karyerasını Yunanıstan Superliqasında davam etdirəcək.
Olimpsport.az saytının məlumatına görə, bir zamanlar “Kuban”, “Spartak Nalçik” və “Volqar”ın da formasını geyinmiş “əlcək sahibi” “Levadiakos”la anlaşıb.
Bu barədə klub saytı xəbər yayıb. Müqavilənin şərtləri haqqında əlavə məlumat verilmir.
Qeyd edək ki, 2014-cü ildən AZALın şərəfini qoruyan moldovalı qapıçı bu müddətdə 54 oyunda meydana çıxıb.