Azərbaycanlı futblolçu "Trabzonspor"da

"Trabzonspor" azərbaycanlı futblolçu Ramil Şeydayevlə 4 illik müqavilə imzalayıb.

Olimpsport.az xəbər verir ki azad agent kimi Türkiyə klubuna keçən 20 yaşlı gənc hücumçu 2016/17 mövsümündə 430 min, 2017/18 mövsümündə 350 min, 2018/19 mövsümündə 400 min, 2019/20 mövsümündə 450 min avro maaş alacaq.

"Zenit"dən ayrılan Şeydayev bir müddət əvvəl Azərbaycan millisində oynamaqdan imtina etmişdi. Bugünlərdə isə o, milli komandamızda çıxış etmək istədiyini açıqlayıb. Şeydayev Azərbaycan vətəndaşlığı alıb millimizdə oynamaq üçün AFFA ilə danışıqlara başlayıb.