Ramil Şeydayev yeni komandasına qoşulub

Azərbaycanlı futbolçu Ramil Şeydayevin Türkiyənin "Trabzonspor" klubuna transfer olması barədə xəbər vermişdik.

 

Olimpsport.az xəbər verir ki, 20 yaşlı hücumçu artıq yeni komandasına qoşulub. Slovakiyanın Samorin qəsəbəsində təlim-məşq toplanışında olan Trabzon təmsilçisinin məşqinə qatılan gənc futbolçu məşqçilər korpusu və futbolçularla tanış olub və komandanın məşqində iştirak edib.