"Qarabağ" qalib gəldi: YENİLƏNİB
Bu gün "Qarabağ" Çempionlar Liqasında (ÇL) yeni mövsümdə mübarizəyə başlayıb.
Olimpsport.az-ın məlumarına görə, Qurban Qurbanovun komandası ilk oyunda Lüksenburqun "Düdelanj" klubunu qonaq edib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Ağdam təmsilçisi ardıcıl 3-cü mövsümdür çıxış etdiyi ÇL-də yenə də evdə uduzmadı. Əvvəlki 4 oyundan 2-də qələbə (4:0 və 2:1), 2-sə isə qolsuz bərabərlik qeydə alınmışdı.
Çempionlar Liqası,
II təsnifat mərhələsi
İlk oyun
12 iyul
21:00. "Qarabağ" (Azərbaycan) - "Düdelanj" (Lüksemburq) - 2:0
Qol: R.Almeyda 10(p), 29
Hakimlər: Orel Qrinfild Yan xətt hakimləri: Danni Krasikov, İdan Yarkoni Dördüncü hakim: Menaşe Masiah (hamısı İsrail) Hakim-inspektor: Zdravko Yokiç (Serbiya) UEFA nümayəndəsi Vladimir Çorno (Ukrayna)