Nazim Süleymanov "Əfsanələrin matçı"ında - FOTOLAR

Azərbaycan milli komandasının ilk kapitanı Nazim Süleymanov  “Alaniya”nın heyətində meydana çıxıb. Keçmiş hücumçu 1995-ci ildə heyətində Rusiya çempionu olduğu klubun heyətində Vladiqafqazda “Əfsanələrin matçı” adlı dostluq görüşündə iştirak edib. 

Meydana  “Alaniya”nın çempion heyəti, hazırkı veteran futbolçuları ilə Osetiyanın yığması çıxıb. “Spartak” stadionunda 12 min azarkeşin izlədiyi oyun 5:5 hesabı ilə yekunlaşıb. Süleymanov bu matçda qol vurmasa da, driblinqləriyla azarkeşlərin alqışları ilə qarşılanıb.