Klub və Federasiya rəhbərləri Fərid Mansurovla görüşdülər — FOTOLAR

Dekabrın 21-də «Autizmlilərin İdman Klubu»nun rəhbəri Elnur Məmmədov və «Türkiyə Özəl Sporcular Spor Federasiyası» prezidenti Birol Aydın, Gənclər və İdman Nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurovla görüş keçiriblər.

Autizmlilərin İdman Klubunun mətbuat xidmətindən verilən məlumata görə, Fərid Mansurovla görüş zamanı, idmançılarımızın gələcəkdə Türkiyədə keçirilən turnirlərə qatılması və ölkədə keçirilən yarışlarda Türkiyə təcrübəsindən istifadə edilməsi və.s məsələlər müzakirə olunub.