Ramil Şeydayevə Azərbaycan vətəndaşlığı verildi

"Trabzonspor"a transfer olunan Ramil Şeydayevə Azərbaycan pasportu verilib.

Olimpsport.az-ın məlumatına görə, bu barədə Rusiyanın "Matç TV" kanalına futbolçunun meneceri Sergey Kusov məlumat verib.

Menecer bildirib ki, Ramil bazar ertəsi gunu AFFA-nın dəstəyi ilə Azərbaycan pasportu alıb. Futbolçunun Azərbaycan millisində oynamaq istədiyini deyən menecer bunun ucun AFFA-nın FIFA-ya muraciət etdiyini qeyd edib.

Mənbə: Fanat.az