Türklər "Mədətov kampaniyası"na başladı: “Come to “Beşiktaş”
“Beşiktaş” azarkeşləri “Qarabağ”ın və millimizin futbolçusu Mahir Mədətova çağırış ediblər. "İnstagram" sosial şəbəkəsində Mahir Mədətovun paylaşdığı şəklin altına şərh yazan “Beşiktaş” azarkeşləri artıq dünyada trend olan “Come to “Beşiktaş” (“Beşiktaş”a gəl”) şüarı ilə çağırış edib,
Bununla da onlar 20 yaşlı hücumçumuzu "Qara Qartallar”ın heyətində görmək istədiklərini bildiriblər.
Azarkeşlər daha əvvəl bu şüar ilə Kriştiano Ronaldo, Pepe (artıq “Beşiktaş”dadı), Dieqo Kosta, Xuan Mata kimi ulduzlara çağırış etmişdilər.
Xatırladaq ki, “Beşiktaş”a transfer olunacağı ilə bağlı bir neçə gün öncə xəbərlər yayılıb. “Qarabağ” isə məlumatı təkzib edib.