Voleybol millimizin üzvləri evləndilər, qeyri-adi şəkildə qarşılandılar - FOTO + VİDEO

Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının oyunçusu Şəfaqət Həbibova subaylığın daşını atıb.

Xanım idmançı kişilərdən ibarət voleybol millimizin oyunçusu Elmin Əlişanovla ailə həyatı qurub.

Cütlüyün toyunda maraqlı hadisə yaşanıb. Belə ki, bəylə gəlinin dostları onları voleybol topları ilə qarşılayıb. Zala daxil olan cütlük üçün toplardan ibarət "dəhliz" yaradılıb. Hətta toplardan birini voleybolçu bəy vurub ki, bu da gülüşlə qarşılanıb.

Bəy-gəlinin qarşılanması başa çatdıqdan sonra isə toyda dövlət himnimiz səsləndirilib.(prosport)

Ilgar Azero adlı şəxsin şəkli.

Shahin Yaqubzade adlı şəxsin şəkli.