Azad Rəhimov: "Azərbaycan 55 beynəlxalq yarışa ev sahibliyi edib"

"Bu il Azərbaycan idmanı üçün əlamətdar olub. Qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib, medalların sayı artıb".
 

Bunu gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) 2017-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə deyib.

Nazir bildirib ki, Azərbaycan idmançıları 2017-ci ildə 234 beynəlxalq yarış, o cümlədən dünya və Avropa çempionlarında iştirak ediblər: "Respublikamızda 2019 daxili yarış təşki olunub. Azərbaycan 55 beynəlxalq yarışa ev sahibliyi edib. Bu yarışların içində ən mühümü IV İslam Həmrəyliyi Oyunları olub".