AFFA-nın təşkilatçılığı ilə Bakı Olimpiya Stadionunda “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi”ndən olan uşaqlarla görüş keçirilib.
Milli komandanın avtobusu ilə stadiona gələn uşaqları arenada AFFA-nın baş katibi Elxan Məmmədov və müxtəlif yığmaların üzvləri qarşılayıblar.
Baş katibin bayram təbrikindən sonra uşaqlar milli üzvləri ilə meydana çıxıblar. Bakı Olimpiya Stadionunun əsas meydanında topla oynadıqdan sonra uşaqlara bayram hədiyyələri təqdim edilib.