Tovuz Olimpiya İdman Kompleksi "İlin ən yaxşı idman qurğusu" seçildi - FOTO

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) 2017-ci ilin idman yekunlarına həsr olunmuş mərasim keçirilib.

Olimpsport.az xəbər verir ki, Ilin yekunlarına əsasən bir sıra nominasiyalar üzrə ən yaxşılar müəyyənləşib. Fərqlənənlər arasında Tovuz Rayon İdman Kompleksi də var. Kompleks "İlin ən yaxşı idman qurğusu" seçilib.

Qeyd edək ki, bu kompleksin ilk uğuru deyil. 2010-cu ildə kompleksin direktoru Mübariz Məmmədov idman sahəsindəki səmərəli fəaliyyətinə görə Ukrayna dövləti tərəfindən "İlin  Ən Yaxşı Rəhbəri" mükafatına layiq görülüb.