Elçin İsmayılov Azərbaycan çempionu oldu

Bakı İdman Sarayında kişilər, qadınar və usta cüdoçular arasında təşkil olunan Azərbaycan çempionatına yekun vurulub. Üç gün davam edən respublika çempionatında bütün qaliblər müəyyənləşib.

Usta cüdoçuların mübarizəsində də qaliblər bilinib.

Olimpsport.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan "Neftçi" İK İB-in üzvü Elçin İsmayılov bütün rəqiblərini üstələyərək ölkə çempionu adını qazanıb.