Ruslan Abışov Tovuzda fərqləndi - FOTO
"Tovuz hər zaman Azərbaycan futbolu üçün dəyərli olub. Bir çox tanınmış futbolçular da Tovuzda yetişib. Bir zaman mənim də burda oynamaq şansım olub. "Turan"dan təklif almışdım, amma qismət olmadı".
Bu sözləri Tovuz Gənclər Evinin təşkilatçılığı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibətiylə Tovuz gəncləri ilə keçirilən görüşdə futbol üzrə milli komandamızın üzvü, "Neftçi" futbol klubun kapitanı Ruslan Abışov deyib. O, gənc futbolçuların suallarını cavablandırarkən bildirib ki, özü Madrid "Real"ının azarkeşi olduğu üçün "Barselona"nın çalışdırıcısı olmuş Qvardiolanı sevməyib. Sonradan isə onun müsahibələrini oxuduqca, futbolçularla ünsiyyətini gördükcə ona qarşı böyük rəğbəti yaranıb və onun rəhbərliyi altında oynamaq istəyib.Türkiyə klublarından isə "Beşiktaş"a azarkeşlik etdiyini qeyd edən futbolçu tədbirdən sonra Tovuzun gənc futbolçuları və autizmli uşaqlarla futbol oynayıb və bir dəfə də fərqlənib. Sonda "olimpsport.az" a müsahibəsində kapitan tədbirin təşkilatçılığına görə Tovuz Gənclər Evinin direktoru Rauf Rüstəmova və gənclər evinin metodisi, "Olimpsport" jurnalının baş redaktoru Ramin Allahverdiyevə təşəkkür etdikdən sonra bildirib ki, ilk dəfə idi mülkü paltarda hər hansı bir tədbirdə futbol oynadı. O, bunu uşaqları həvəsləndirmək üçün etdiyini deyərək bunları dedi: "Heyif ki, ayaqqabım idman stilində deyildi, yoxsa biraz da çox oynayardım"(gülür).