Tovuz Gənclər Evi ilin sonuncu idman tədbirini paytaxtda keçirdi-Fotolar:
Bu gün Bakıda Tovuz Gənclər Evinin təşkilatçılığı ilə 31-dekabr "Dünya Azərbaycanlılarının Həmrəylik Günü"nə həsr olunmuş sərbəst güləş üzrə azyaşlıların Respublika turniri keçirilib. Turnirdə Xaçmaz, Saatlı, "Təhsil","Zenit", 10 saylı UGİM və "Olimpsport" komandalarının 100-ə yaxın idmançısı iştirak edib. Turnirin keçirilməsində əsas məqsəd yeniyetmələri həmrəylik günü haqqında marifləndirmək və güləş idman növünün inkişafına nail olmaq olub. Gərgin və maraqlı idman mübarizəsində keçən yarışda fərqlənən güləşçilər Tovuz Gənclər Evi Tərəfindən mükafatlanıblar.
Qeyd edək ki, Tovuz Gənclər Evi 2017-2021-ci illər ərzində dövlət tərəfindən təstiqlənmiş Azərbaycan gəncliyinin inkişafı üçün təkcə bölgələrlə yanaşı paytaxtda və ölkə xaricdə də tədbirlər keçirməyi planlaşdırır.