"Bütün müsəlman aləmində birinci yeri qazanmaq çox böyük tarixi nailiyyətdir"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına təbrik ünvanlayıb.
 
 İlham Əliyev 2017-ci ildəki idman uğurlarından da danışıb:
 
"Bu il idmançılarımız bizi qələbələrlə sevindiriblər. Bakıda ən yüksək səviyyədə keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları birinci yerə layiq görüldülər. Bütün müsəlman aləmində birinci yeri qazanmaq çox böyük tarixi nailiyyətdir. Əgər biz 2015-ci il Avropa Oyunlarını yada salsaq, orada da Azərbaycan komandası ikinci yerdə idi. Yəni, bu, bir daha onu göstərir ki, Azərbaycan güclü idman dövlətidir".