Güləş millimizdə xoş gün
Bu gün Sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudovun ad günüdur. 2016-cı ilin noyabrından sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasına başçılıq edən səbəbkar 41 yaşını qeyd edir.
5 yanvar 1977-ci ildə Qazax rayonunda dünyaya gələn Umudov sərbəst güləş üzrə gənclər arasında Avropa birinciliyinin, tələbələr arasında dünya çempionatlarının mükafatçısı, Dünya kubokunun qalibidir.
Azərbaycan Respublikasının idman ustası və əməkdar məşqçisidir. "Şöhrət" ordeni (2012), "Tərəqqi" medalı (2016) ilə təltif edilib. 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu və Polkovnik-leytenant hərbi rütbəsi ilə təltif edilmişdir.
Azərbaycanın (2009, 2012, 2015) və dünyanın (2012) ən yaxşı məşqçisi adına layiq görülüb.
Sərbəst güləş üzrə yeniyetmələrdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisi (2007-2008), sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının böyük məşqçisi (2008-2016) kimi fəaliyyət göstərib.
Biz də redaksiyamız adından Firdovsi müəllimi təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edirik!