Məğlub oldular, təyyarədə dava saldılar
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"a məğlub olan Lüksemburqun "Düdelanj" klubunun futbolçuları Bakıdan geri qayıdarkən dava salıblar.
Bu barədə hadisə şahidləri məlumat verib. “Lufthansa” hava şirkətinin təyyarəsi ilə geri dönən "Düdelanj"lı futbolçulardan biri stüardessaya sataşıb. Futbolçunun əxlaqsız təklifindən sonra ara qızışıb. Onlar həm də təyyarəyə əyləşdikləri andan yüksək səslə danışmağa və gülməyə başlayıblar.
Sərnişinlərin müdaxiləsinin ardından təyyarədə dava düşüb. Təyyarə əməkdaşlarının səyi nəticəsində hadisənin böyüməsinin qarşısı alınıb. (azxeber)