Azərbaycan millisinin futbolçusu Hollandiya klubunda debüt edib

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvü Ozan Can Kökcü yeni komandasında debüt edib.

 19 yaşlı yarımmüdafiəçi Hollaniya çemionatının I Divizionunda mübarizə aparan "Valveyk”in heyətində ilk oyununa çıxıb.

O, XX tur çərçivəsində “Alkmaar”ın gənclər komandası ilə görüşdə start heyətində yer alıb.

O.C.Kökçünün 68-ci dəqiqədə əvəzləndiyi matçda “Valveyk” 1:0 hesabı ilə qalib gəlib. Yığma üzvünün 10-cü dəqiqədə fərqlənmək imkanı olsa da, cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Qeyd edək ki, O.C.Kökçü qış fasiləsində Türkiyənin “Bursaspor” klubundan cari mövsümün sonuna qədər “Valveyk”ə icarəyə verilib. Onun yeni komandası hazırda 22 xalla 14-cü pillədə qərarlaşıb. 19 yaşlı futbolçu hazırda Türkiyənin Antalya bölgəsində toplanışda olan yığmaya dəvət alıb.