Daha bir "Liverpul" futbolçusu "Fənərbaxça"ya transfer olunur

"Liverpool"un müdafiəçisi Martin Şkrtel karyerasını "Fenerbahçe"də davam etdirəcək.

Olimpsport.az xəbər verir ki, 31 yaşlı futbolçunun İstanbul klubuna keçidi 7 milyon avroya başa gəlib. Onun yaxın saatlarda rəsmi müqavilə imzalayacağı gözlənilir. Şkrtel 2008-ci ildə "Zenit"dən "mersisayd"təmsilçisin heyətinə qoşulmuşdu.