"Çox rahatam"

Ölkəmizi Avropa Liqasında təmsil edən "Neftçi" II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində  Makedoniya təmsilçisi “Şkendiya”nı qəbul edəcəklər. Olimpspot.az xəbər verir ki  “Ağ-qaralar”in çalışdırıcısı Vəli Qasımov oyun öncəsi mətbuat konfransında görüşlə bağlı fikirlərini bölüşüb:

 “Baltsan” məğlubiyyəti sizə yaxşı dərs olubmu?

- Fikirləşirik ki, rəqib zəif deyil. “Şkendiya”da 6 legioner var. Zəif komanda deyillər. Mübarizənin taleyini birinci oyunda həll etmək çox çətindi. Bu gün əsas problemimiz 8-ci km stadionunda qələbə qazanmaqdı. Sabah futbolçularımız bunun üçün əllərindən gələni edəcəklər.

 

- Ötən oyundan sonra 1 həftə ərzində nəyi dəyişmisiz?

- Uduzmaq heç kimin xoşuna gəlmir. “Baltsan”la Bakıda oyuna baxmışıq. Orda qol epizodları yaratsaq da, çoxunu qaçırmışdq. Vurduğumuz qoldan sonra ruhdan düşmüşdük, komandamızda anlaşılmazlıq yaranmışdıq. Ümumilikdə isə komanda “Baltsan”la hər iki matçda özünü yaxşı göstərdi.

 

- Hücumçu transferi niyə yubanır?

- Bir oyunçu tapmışıq. Həm özü, həm də klubu ilə danışıqlar gedir. Amma hələ transferi həll edə bilmirik. Bəzi oyunçular əlimizdən çıxdılar, digər klubların təkliflərini üstün tutdular. İstəyirik ki, transferi tez həll edək. Nə qədər tez reallaşdırsaq, bizim xeyrimizədi.

 

- Start heyətini müəyyənləşdirmisizmi?

- Bəli. Amma onu açıqlamaq istəmirəm. Bizdə böyük problem var: Elşən Abdullayev zədəlidi. Onun sabahkı matçda oynayıb-oynamayacağı hələ bilinmir.

 

- Sabah oyunu rəqibə görə quracaqsız?

- Hər şeyi nəzərdə tutmuşuq. Rəqibin oyunu da nəzərə alınacaaq. Komanda bu gün “Şkendiya”ya qarşı oynamağa hazırdı. Çox rahatam. İnanıram ki, futbolçular meydana çıxıb, özlərini göstərə biləcəklər. Rəqibə qarşı fərdi oynamayacağıq. Bizim futbolçular “Şkendiya”nın hər bir üzvünə ciddi yanaşacaq. Bu, futboldu, ola bilər komanda qalib gəlsin, ola bilər uduzsun.

 

- Eltun Yaqublunun adı niyə iştirak ərizəsinə daxil edilməyib. Taleyi necə olacaq?

- Hələ bizimlədi, məşqlərdə iştirak edir. Bu oyundan sonra onunla bağlı qərar verəcəyik.