MOK Firdovsi Umudovu təltif etdi
20 yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında 21-ci açıq Respublika turnirində bir qrup idman mütəxəssisi Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası tərəfindən 4 nominasiya üzrə mükafatlandırılıblar.
Fərqlənənlər "Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi”, "Ədalətli oyun prinsiplərinə sadiq təbliğatçı”, "Ədalətli oyun prinsiplərinə sadiq hakim”, "Ədalətli oyun prinsiplərinə sadiq məşqçi”, "Ədalətli oyun prinsiplərinə sadiq idmançı” nominasiyaları üzrə təltif olunublar.
"Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi”
Firdovsi Umudov - Azərbaycan Güləş Federasiyasının 1-ci vitse-prezidenti
"Ədalətli oyun prinsiplərinə sadiq hakim”
Vahid Temirov (Özbəkistan)
Sədi Quliyev (Azərbaycan)
"Ədalətli oyun prinsiplərinə sadiq məşqçi”
Vaşa Kraveişvili (Gürcüstan)
Ruslan Şəmilov (Azərbaycan)
"Ədalətli oyun prinsiplərinə sadiq idmançı”
Andrey Yegerov (Qazaxıstan)
Vahid Əlizadə (Azərbaycan)