AL: "Neftçi" "Bakcell"də yenə qələbəyə həsrət qaldı - YENİLƏNİB
Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək.
Olimpsport.az saytının məlumatına görə, bu gün təmsilçilərimizdən “Neftçi” öz meydanında Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşacaq.
İlk mərhələdə Maltanın “Baltsan” klubunu mübarizədən kənarlaşdıran ağ-qaralar 11 oyundu ki öz meydanında qələbə qazana bilmir. Bu mənada 4 ildən sonra qazanılacaq qələbə səfər matçı öncəsi komandaya stimul ola bilər. Əgər paytaxt təmsilçisi bu gün qələbə qazanarsa bu Azərbaycan klublarının avrokuboklarda 70-ci qələbəsi ola bilər.
Avropa Liqası
II təsnifat mərhələsi (İlk oyunlar)
14 iyul
20:00. “Neftçi” (Azərbaycan) – “Şkendiya” (Makedoniya) (OYUN BİTİB)
0 - 0
Baş hakim: Sergey Sinkeviç
Baş hakimin köməkçiləri: Yevgeni Romanov, Vitali Malitsin
Dördüncü hakim: Viktor Şimusik (hamısı Belarus)
Hakim-inspektor: İqor Pristovnik (Xorvatiya)
UEFA nümayəndəsi: Dimitri Bokeriya (Gürcüstan)
Bakı. 8-ci km stadionu