Dünya Kuboku Bakıda

Dünya çempionatının kuboku Azərbaycana gətiriləcək. Mükafat dünya turu çərçivəsində fevralın 9-da Bakıda olacaq.

Kubok “Gənclik Mall” Ticarət Mərkəzində nümayiş etdiriləcək. Dünya Kuboku 6,142 kq çəkiyə malikdir və qızıldan hazırlanıb. Mükafatın orijinal dizaynı 1974-cü ildə yaradılıb. 2018-ci il dünya çempionatı 14 iyun - 15 iyulda Rusiyada keçiriləcək.(goal.az)