AFFA rəsmisi UEFA seminarında

İsveçrənin Lozanna şəhərində UEFA-nın təşkilatçılığı ilə Avropa futbol qurumunun üzvü olan milli assosiasiyaların mətbuat xidməti rəhbərləri üçün seminar keçirilir.
 
 UEFA Millətlər Liqası turnirinə həsr olunan seminara AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla qatılıb. 
 
Millətlər Liqasının püşkü sabah atılacaq. Püşkatmada Azərbaycanı AFFA-nın baş katibi Elxan Məmmədovla milli komandanın baş məşqçisi Qurban Qurbanov təmsil edəcək.