hakimlərimiz Türkiyəyə deyil, Bolqarıstana gedəcək

İyulun 16-dan 30-na kimi Bolqarıstanda təlim-məşq toplanışı keçməli olan hakimlərmizin səfəri baş tutmayıb. Olimpsport.az xəbər verir ki, buna səbəb dünən gecədən etibarən Türkiyədə baş verən siyasi proseslərdi. 

Sözügedən ölkəyə Türkiyədən yollanmalı olan hakimlər dünən axşam saatlarında qardaş ölkəyə uçmalı idilər.

Amma buna baxmayaraq, səfər təxirə salınmayıb. Bu axşam hakimlərimiz Bolqarıstana yola düşüb təlim-məşq toplanışını reallaşdıracaqlar.