Məmmədyarov qələbə ilə zirvədə

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi "Tata Steel Chess” turnirində 10-cu turun oyunları keçirilir.
 
 Azərbaycanı təmsil edən yeganə qrossmeyster Şəhriyar Məmmədyarov bu turda qələbə qazanıb. O, qara fiqurlarla Peter Svidlerlə ilə üz-üzə gəlib.
 
Rusiyalı qrossmeyster 21-ci gedişdə təslim olub Bu qələbədən sonra xallarının sayını 7-ı yüksəldən Məmmədyarov turnir cədvəlində Aniş Qiri ilə birinci ikinci yerləri bölüşdürür.
 
Qeyd edək ki, 11-cu turda Şəhriyar Məmmədyarov ağ fiqurlarla Maqnus Karlsenlə qarşılaşacaq.