Siyasi proseslər səbəbindən oyun təxirə salındı
Türkiyədə baş verən siyasi proseslər artıq idmana da təsirsiz ötüşməyib. Olimpsport.az xəbər verir ki, bu gün Antalyada “Samuel Eto`o fondu”nun yaradılmasının 10-cu ildönümü ilə bağlı matç təxirə salınıb. Buna səbəb dünən axşamdan bəri qardaş ölkədə baş verən siyasi proseslərdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyi gözlənilən oyun təhlükəsizlik tədbirləri səbəbindən bu gün baş tutmayacaq. Qeyd edək ki, bu görüşdə dünya ulduzlarından Lionel Messi, Eden Azar, Didye Droqba və Arda Turanın da iştirakı nəzərdə tutulmuşdu.