"Qarabağ" "Dudelanj" oyununda ədaləti Şotlandlar qoruyacaq
Azərbaycan çempionu "Qarabağ"ın UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Lüksemburq "Düdelanj"ına qarşı keçirəcəyi cavab qarşılaşmasının hakimləri məlum olub. Olimpsport.az xəbər verir ki, Lüksemburqun "Jos Nosbaum" stadionunda üz-üzə gələcək rəqiblərin cavab görüşündə şotlandiyalı Kevin Klansi fit çalacaq.
Ona həmyerliləri Stevenson Stüart və Karr Sin kömək edəcəklər. Oyunun dördüncü hakimi Robertson Donald olacaq.
Hakimlərin işinə rumıniyalı Aleksandru Dyakon qiymət verəcək. Görüşün UEFA nümayəndəsi isə irlandiyalı Nyuton İmon olacaq.
Qeyd edək ki, "Düdelanj" - "Qarabağ" matçı iyulun 20-də, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Komandalar arasında Bakıda keçirilmiş ilk oyunda Ağdam klubu 2:0 hesabıyla qalib gəlib.