"Qəbələ" üçün Türk hakimlər
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ" - MTK (Macarıstan) matçının hakimləri açıqlanıb. Olimpsport.az xəbər verir ki, iyulun 21-də 8-ci km qəsəbə stadionunda baş tutacaq görüşü türkiyəli FİFA referisi Mete Kalkavan idarə edəcək.
Onun köməkçiləri həmyerliləri Ceyhun Sesigözəl və Esat Sancaktar olacaq. Dördüncü hakim Serkan Çinardı.
1980-ci il təvəllüdlü Kalkavan CHP-dən olan millət vəkili Ahmed İhsan Kalkavanın oğludu.
Super Liqada təyinat aldığı ilk görüş 2003-cü ildə "Ankaragücü" - "Dənizlispor" matçı olub.
Xatırladaq ki, "Qəbələ" səfərdə keçirdiyi ilk oyunda rəqibini məğlub edib - 2:1.