Rəşad Sadıqov yüzü yarılayır

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşü “Qarabağ”ın futbolçusu Rəşad Sadıqov üçün əlamətdar olacaq. Olimpsport.az saytının məlumatına görə, avrokuboklarda ən çox oyun keçirən Azərbaycan futbolçusu olan 34 yaşlı müdafiəçi Ağdam təmsilçisinin heyətində 50-ci belə matça çıxacaq.

 

İyulun 20-də keçiriləcək “Düdelanj”la səfər matçına qədər Sadıqov kapitanı olduğu “Qarabağ”da 49 oyuna çıxıb. Bu görüşlərdən 7-si Çempionlar Liqası, 42-si Avropa Liqasında təsadüf edib. Sadıqovun hesabında ikinci turnirdə vurulan 3 qol da var.

 

Ağdam təmsilçisi ilə qitə miqyaslı klub turnirlərində 2009-cu ildə debüt edən Rəşad ümumilikdə 72 avrokubok matçı keçirib:  “Qarabağ”da 49, “Neftçi”də 18, Türkiyənin “Kayserispor” klubunda 5 oyun. Onun vurduğu 5 qoldan 3-ü Ağdam, 2-si Bakı klubunda qeydə alınıb.

 

Qeyd edək ki, Sadıqovun avrokuboklardakı debütü 2001-ci il avqustun 9-da Bakıda keçirilən “Neftçi” – “HİT Qoritsa” (Sloveniya) görüşünə təsadüf edib.(Apasport.az)