Aqolli də 50-yə çatır

“Qarabağ”ın futbolçusu Ansi Aqolli avrokuboklarda 50-ci matçını keçirəcək. Olimpsport.az saytının məlumatına görə, albaniyalı müdafiəçi Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununa qədər 49 avrokubok matçında iştirak edib.

 

34 yaşlı müdafiəçinin debütü 14 il öncə Tiranada baş tutub. Eyniadlı komandada çıxış edən Ansi Albaniya klubunun Rumıniya təmsilçisi “Nasyonal”la görüşündə forma geyinib. UEFA kubokunun həmin matçından 14 il sonra Lüksemburqun Düdelanj şəhərində eyniadlı komanda ilə matç onun üçün yubiley xarakteri daşıyacaq.

 

Ansi Tiranadan Düdelanjadək 3 klubla 3 müxtəlif turnirdə oynayıb. Doğma klubunda 4 matçda 1 qol vuran albaniyalı İsveçrə “Ksamaks”ında 1, “Qarabağ”da 44 avrokubok matçı keçirib. Müdafiəçi 2-ci qolunu da Ağdam klubunda vurub.

 

O, Çempionlar Liqasında 12, Avropa Liqasında 36 matça çıxıb və hər turnirdə 1 qol vurub. İntertoto kuboku təcrübəsi isə elə “Ksamaks”dakı tək oyundan ibarətdi.

 

Qeyd edək ki, “Qarabağ”ın yalnız bir futbolçusu avrokuboklarda daha çox matç keçirib. Bu, 73-cü matçının astanasında olan Rəşad Sadıqovdu. (Apasport.az)