"Qarabağ" luksemburq səfərində

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Düdelanj”ın qonağı olacaq “Qarabağ” bu gün Lüksemburqa yola düşəcək. Olimpsport.az xəbər verir ki, ağdamlılar bu gün saat 18:00-da Heydər Əliyev adına hava limanından sözügedən ölkəyə çarter reysi ilə uçacaq.
 
Komandaya yeni transfer edilən və adı iştirak ərizəsinə salınmayan Vüqar Nadirov da səfərə aparılacaq. Təmsilçimiz Luksemburqda “Double Tree” otelində məskunlaşacaq.
 
Baş məşqçi Qurban Qurbanovun oyunöncəsi mətbuat konfransının da vaxtı bəllidi. Mütəxəssis sabah, Bakı vaxtilə saat 20:00-da jurnalistlər önünə çıxacaq.
 
“Qarabağ” qərib ölkədə dəstəksiz qalmayacaq. Onları Luksemburqda Avropa ölkələrindən gəlməsi gözlənilən 200 azarkeşin dəstəkləyəcəyi gözlənilir. Oyunu tribunadan izləyə bilməyənlər isə komandanın rəsmi “youtube kanalı vasitəsilə görüşü canlı izləyə bilər.
 
Qeyd edək ki, sözügedən görüş iyulun 20-si, saat 20:00-da start götürəcək. (futbolinfo.az)