AFFA-nın Hesabat Konfransının vaxtı açıqlandı

Martın 7-də, "Bulvar otel”də AFFA-nın növbəti Hesabat Konfransı, Konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası keçiriləcək.
 
Hər iki toplantı AFFA-nın Nizamnaməsinin 29-cu maddəsinə əsasən gerçəkləşəcək. 
 
Konfransın Gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
 
- Prezident tərəfindən salamlama
 
- Yığıncağın tərkibinin yoxlanılması
 
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
 
- Maliyyə hesabatının təsdiq olunması
 
- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
 
- Növbəti ilin büdcəsinin təsdiq olunması
 
- Hər hansı vakant vəzifəyə seçkilər
 
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması
 
- Digər məsələlər
 
Qeyd edək ki, saat 10:00-da başlanacaq Konfransa giriş dəvətnamə ilə olacaq.