"Təxti Kuboku"na 10 güləşçimiz gedir
Fevralın 8-də İranın Təbriz şəhərində sərbəst güləş üzrə böyüklər arasında ənənəvi "Təxti Kuboku" beynəlxalq turnirində iştirak edəcək Azərbaycan millsinin heyəti açıqlanıb.
Məşqçilər Arif Abdullayev və Nazim Əlicanovun rəhbərliyi altında qonşu ölkəyə 10 idmançımız yollanıb. Heyətdə Pərviz İbrahimov, Elçin Vəliyev (hər ikisi 61 kq), Pənah İlyaslı, Coşqun Əzimov (hər ikisi 70 kq), Murad Süleymanov (79 kq), Hacımurad Məhəmmədsəidov, İbrahim Yusubov (hər ikisi 86 kq), Cavid Sadıqov (92 kq), Roman Bəkirov (97 kq) və Umar İsrailov (125 kq) yer alıb.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Babək Allahverdiyev təmsil edəcək.
İki gün davam edəcək yarışda 23 ölkədən 190-a yaxın idmançı iştirak edəcək