Topaz "Qarabağ"a və "Kəpəz"in rəqibinə daha çox inanır

“Topaz” avrokubokların sabah keçiriləcək oyunları üçün əmsalları açıqlayıb. Olimpsport.az saytının məlumatına görə, Azərbaycan klubları “Qarabağ” və “Kəpəz”in oyunları üçün də əmsallar bəlli olub.

 

Çempionlar Liqasının II təsnifat mərhələsində Lüksemburqda “Düdelanj”ın qonağı olacaq Ağdam klubu səfərdə oynasa da, daha şanslıdı. Təmsilçimizin qələbə əmsalı 1,85-di. Bu oyunda heç-heçə 3,15, meydan sahiblərinin qələbəsi isə 3,50 ilə dəyərləndirilib.

 

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Kəpəz” – “Admira” (Avstriya) matçında da qonaqlar favorit sayılır. Avstriyalıların qələbəsi 1,85, heç-heçə 3,10, təmsilçimizin qalib gəlməsi isə 3,55 əmsalı ilə qiymətləndirilir.