AFFA nümayəndələri UEFA sammitində
Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında "Stadion və Təhlükəsizlik Strategiyası” sammiti işə başlayıb.
Sammit UEFA İcraiyyə Komitəsi tərəfindən 21 Yanvar 2016-cı il tarixində təsdiq edilmiş, 2017-2021-ci illəri əhatə edən UEFA stadion və təhlükəsizlik strategiyası çərçivəsində keçirilir. AFFA-nın İnfrastruktur direktoru Kamran Vəliyev və AFFA-nın təqdimatı əsasında tədbirdə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tədbirdə iştirak edir.
Qeyd edək ki, sammit iki gün davam edəcək.