İOC-da müxtəlif vəzifələrə seçkilər keçirildi
Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç Beynəlxalq Olimpiya Komitəsinin (İOC) İcraiyyə Komitəsinə üzv seçilib.
Seçki İOC-un Cənubi Koreyanın Pxençxan şəhərindəki 132-ci Sessiyası çərçivəsində gerçəkləşib. Serbiyalı funksioner İcraiyyə Komitəsində qarşıdakı 4 il müddətində üzv olacaq. O, Yay Olimpiya Növləri İdman Federasiyaları Assosiasiyasının nümayəndəsi olacaq. Laloviç güləş növündə İOC-a seçilən ilk nümayəndə kimi tarixə düşüb.
Sessiya çərçivəsində İOC-un vitse-prezidenti vəzifəsinə seçki də olub. Bu vəzifəni çinli Yuy Tszaytsin tutub.
Bundan başqa çexiyalı Yirji Keyval İOC-un yeni üzvü seçilib.