dmançımız Parisdə bürünc medal qazandı

Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük Dəbilqə" yarışı keçirilib.
 
Beynəlxalq turnirdə 71 ölkədən 399 cüdoçu mübarizə aparıb. Milli komandamız mötəbər çempionatda bir bürünc medal qazanıb. +78 kq çəki dərəcəsində yarışan qadın cüdoçumuz İrina Kindzerska Paris turnirində 3-cü yeri tutub.
 
ABŞ, Belarus və Fransa idmançılarına qalib gələn Azərbaycan cüdoçusu yalnız Yaponiya təmsilçisinə uduzaraq ölkəmizə bürünc medal qazandırıb.