"Qarabağ" dəstəksiz qalmayacaq - FOTO+VİDEO

Ağdamın "Qarabağ" klubu sabah Çempionlar liqasının II təsnifat mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək. Olimpsport.az saytı xəbər verir ki,   Lüksemburqun "Jos Nosbaum" stadionunda baş tutacaq qarşılaşmada təmsilçimizi "İmarət" azarkeş qrupunun Avropa qolu dəstəkləyəcək. Oyun öncəsi hazırlıqlarını başa çatdıran qrup üzvləri artıq Luksemburqa yola düşüblər.