Avropa çempionatında basketbolçularimizdan növbəti qələbə

Kiprin Nikosiya şəhərində yeniyetmə basketbolçular arasında Avropa çempionatının C divizionunda mübarizə davam edir. Olimpsport.az  xəbər verir ki A qrupunda yarışan Azərbaycanın U-16 komandası növbəti oyununu San-Marino yığmasına qarşı keçirib. Görüş Samit Quluzadənin yetirmələrinin qələbəsiylə yekunlaşıb – 63:60 (13:17, 19:8, 15:17, 16:18). Səadəttin Donat 23 xalla komandamızın heyətində ən məhsuldar oyunçu olub.
Qeyd edək ki, bu milli komandamızın qrupda 2-ci qələbəsiidir. İlk turda Uels basketbolçularına böyük hesabla qalib gələn seçməmiz növbəti matçda meydan sahiblərinə minimal hesabla uduzmuşdu. Komandamız qrup mərhələsində son oyununu ayın 21-də Malta millisinə qarşı keçirəcək.