"Qarabağ"ın növbəti sınağı

Bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində növbəti cavab oyunları keçiriləcək. Olimpsport.az xəbər verir ki, Azərbaycanın bu turnirdə yeganə təmsilçisi "Qarabağ" Lüksemburqda “Düdelanj”ın qonağı olacaq. İlk görüşdə 2:0 hesablı qələbə qazanan Azərbaycan çempionunun mərhələ adlamaq şansı daha çoxdu.  ilk görüşün nəticələrinə əsasən  ağdamlıları heç-heçə və minimal hesablı məğlubiyyət də qane edir. . Qeyd edək ki, “Düdelanj” – “Qarabağ” cütünün qalibi üçüncü təsnifat mərhələsində “Viktoriya” (Plzen) ilə üz-üzə gələcək.  

UEFA Çempionlar Liqası İkinci təsnifat mərhələsinin cavab oyunu

20 iyul 20:00. “Düdelanj” - “Qarabağ”

Hakimlər: Kevin Klansi, Stüart Stevenson, Sin Karr, Donald Robertson (hamısı Şotlandiya).

Düdelanj. “Yos Nosbaum” stadionu. İlk oyun - 0:2.